International
mas-wrestling
federation
Facebook page
English
Russian

Mas-reslinq üzrə açıq Azərbaycan çempionatı keçirilib (azerb.lang.)

02.04.2017
Şağan Olimpiya İdman Kompleksində mas-reslinq üzrə açıq Azərbaycan çempionatı keçirilib.
Olimpnews.az saytının məlumatına görə, turnirdə kişilər 60 kq, 70 kq, 80 kq, 90 kq, 105 kq, +105 kq çəki dərəcələrində, qadınlar isə mütləq çəkidə güclərini sınayıblar. Maraqlı mübarizə şəraitində keçən yarışda Mahir Ağayev (60 kq), Zviadi Laşakov (70 kq, Gürcüstan), Soltan Ağayev (80 kq), Çingiz Səmədov (90 kq), Cahangir Yaqubov (105 kq) , Vüsal Orucov (+105 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların yarışında isə Laiqə Rəhimova birinci yeri tutub. Şəfəq Məmmədova ikinci, Günel Vəliyeva üçüncü, Yelena Bayramova isə üçüncü yerə sahib çıxıb.
Azərbaycan Mas-Reslinq Federasiyasının prezidenti Ramiz Əliyev bildirib ki, bu növ üzrə Azərbaycan çempionatı artıq üçüncü dəfədir ki, keçirilir. «Bu yarışda çox perspektivli idmançılar və dünya, Avropa çempionatının mükfatçıları iştirak edirdilər. Yarış yığma komandamızın heyətinin formalaşmasında mühüm rol oynadı. Rasim Məlikovun başçılığı altında qadınlardan ibarət yığma komandamızın heyəti müəyyən olundu. Komandamız ölkəmizi gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda təmsil edəcəklər. Qeyd edim ki, aprel ayında dünya kubokunun birinci mərhələsi keçiriləcək. İnanıram ki, idmançılarımız bu turnirdə uğurla yarışacaqlar», - deyə Ramiz Əliyev bildirib.

Source:  http://olimpnews.az
Source URL:  http://olimpnews.az/8988/get+#.WOBtl2_yjX5
Country:  Azerbaijan
Back to the list